Semyuel Bekket

Semyuel Bekket
brit. ing. Samuel Beckett
Doğum adı Samuel Barclay Beckett[4]
Təxəllüsü Endru Belis
Doğum tarixi 13 aprel 1906(1906-04-13)[1][2][…]
Vəfat tarixi 22 dekabr 1989(1989-12-22)[1][3][…] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti yazıçı, dilçi, kinorejissor, ssenarist, şair, roman yazıçısı, dramaturq, tərcüməçi, müəllim, intellektual, Fransa Müqavimət Hərəkatı üzvü
Fəaliyyət illəri 1929–1988
Əsərlərinin dili fransız dili, ingilis dili
İstiqamət Yeni roman
Janr dram filmi
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları ədəbiyyat üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[1][2][…]22 dekabr 1989[1][3][…], XIV arondisman (Paris)[5]) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir.

Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir. Bəzi şərhlərə görə, müasir insanın vəziyyəti haqqında pessimist, hətta nihilist əsərlər yazmışdır. Getdikcə daha qısa və əsaslı əsərlər yazan Bekket bu pessimizmi qara yumor yolu ilə izah edir.[6][7]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Samuel Beckett // Nationalencyklopedin (швед.). 1999.
  3. 1 2 Samuel Beckett // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. kitab.
  5. 1 2 https://deces.matchid.io/id/ncZXboIxtJEm.
  6. "The Nobel Prize in Literature 1969". 2009-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  7. Samuel Beckett Timeline Arxivləşdirilib 2017-07-17 at the Wayback Machine Theatredatabase.com. Erişim tarihi: 3.7.2008.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search